İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bıçaqlanan kişi həkimləri aldatmaq istədi

1245 28.06.2016 03:43 Kriminal A A
Bakının Nizami rayonunda qanlı hadisə baş verib. 

Musavat.com xəbər verir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb. 

Bakı sakini Elşən Həşimov xəsarətlərlə xəstəxanya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Elşən Həşimov həkimlərə bildirib ki, yolla gedərkən yıxılıb və yerdəki dəmir parçası qarnına batıb. Lakin Elşəni əməliyyat edən həkim xəsarətin bıçaq yarası oldugunu bildirib. 

Hadisə barədə polisə məlumat verilib. Əməliyyat olunan Elşən Həşimovun vəziyyəti ağır olduğundan polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. 

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırma aparılır.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR