Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başlayıb
Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
APA-nın məlumatına görə, nazirlər Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Rəşid Meredov, əsasən, regional layihələri, eləcədə enerji sahəsində əməkdaşlıq və enerji marşrutlarını müzakirə edirlər.
Danışıqların sonunda nazirlər bəyanatla çıxış edəcəklər. Görüşün yekununda hər hansı sənəd imzalanmayacaq.
Qeyd edək ki, bundan əvvəl XİN başçıları arasında ikitərəfli görüşlər olub.






