İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobil yolu keçmək istəyən piyadanı vurub - FOTO

538 20.11.2015 07:20 Hadisə A A
Xətai rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, Fəhlə prospektində "KİA" markalı avtomobil yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
 
Həkim Ramella Məmmədovanın APA-ya verdiyi məlumata görə, xəstə müayinələrdən keçib. On qapalı kəllə beyin travması, baş-beynin sirkələnməsi, başın təpə nahiyəsinin əzilmiş yarası və qarnın küt travması diaqnozu qoyulub. Reanimasiya şöbəsiтdə olan xəstənin vəziyyəti stabildir.
 
Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
 
Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR