Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü: 8 aylıq uşaq öldü
Bakıda baş vermiş yol qəzası nəticəsində azyaşlı uşaq ölüb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Hövsan qəsəbəsində qeydə alınıb.
VAZ 2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yol kənarındadkı kanalizasiya kollektoruna düşüb. Qəza nəticəsində sürücünün 8 aylıq uşağı ölüb.
Faktla bağlı araşdırma aparılır.






