İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ana və iki övladının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

1149 18.03.2014 11:41 Hadisə A A
Bakıda ağır yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rövşən Ədalət oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olmayan Mansur Əliyevin idarə etdiyi “VAZ 21-05” markalı avtomobilə çırpılıb.
 
Nəticədə  “VAZ 2105”in sürücüsünün həyat yoldaşı 1982-ci il təvəllüdlü Xəyalə Əli qızı Əliyeva, övladları 9 yaşlı Murad və 7 yaşlı Münəvvər ağır bədən xəsarətləri ilə 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR