Bakıda aktyor intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun Savxozu adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb.
![]()
Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.
Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.
Faktla bağlı araşdırma aparılır.






