İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağır yol qəzasında iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb

2336 23.01.2014 12:09 Hadisə A A
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.  Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Mehman Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda hərəkət edən Cəlilabad rayon sakini Pərviz Ağayevin idarə etdiyi “İsuzu” markalı avtomobilə, sonradan yolun kənarındakı hasara çırpıb. Nəticədə M. Əhmədov və sərnişini - Biləsuvar rayon sakini Vüqar Abışov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.  
 
Digər avtomobilin sürücüsü və sərnişinləri yüngül xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR