Bakıda ağır qəza, möcüzəvi nəticə, 9 maşın toqquşdu, ölüm olmadı, 21 nəfər yaralandı- YENİLƏNİB
Bakıda Aeroport yolunda baş verən zəncirvari qəzada 21 nəfər xəsarət alıb.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
****
Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xeyli insan xəsarət alıb.
Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, hadisə yerinə 5 həkim briqadası gedib: "16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan üçünün vəziyyəti orta-ağırdır. Ağır xəstələrdən biri əməliyyata götürülüb, iki nəfərin isə vəziyyəti ağırdır".
Hadisə zamanı ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.
18:40
***
Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sürücüsü və dövlət nömrə nişanı hələlik məlum olmayan 160 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu yüksək surətlə hərəkət edərkən yerüstü piyada keçidinə dəyib. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Çox sayda yaralıların olduğu bildirilir.
Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.
“Bir saat əvvəl Bakının Suraxanı rayonu ərazisində marşrut avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb”.
Bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. Ancaq xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.
Videolar avtosfer.az saytına məxsusdur.






