İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağır avtoqəza: Sərnişin avtobusu körpüyə çırpıldı, yaralılar var - VİDEO, FOTOLAR

11280 06.09.2016 13:00 Hadisə A A
Bakının Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib. 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb. 

Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətinin ağır olduğu deyilir. 

Hadisə yerinə FHN və DYP əməkdaşları cəlb olunublar. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb. 

Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxması olub. 

Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub. 

Təcili Tibbi Yardımdan isə bildirilib ki, yaralıların vəziyyəti ağırdır. Onların kimlikləri barədə isə hələlik məlumat verilməyib.
 
Məğrur Mərd, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR