İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda adam bıçaqlayıb, 9 ay gizlənən şəxs: "Qorxdum ki..."

971 21.11.2020 19:36 Kriminal A A

 

Bakıda adam bıçaqlayıb, 9 ay gizlənən şəxs hakim qarşısına çıxarılıb. Onun həbsdə yox, ev dustaqlığında olduğu məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 27 yaşlı Ayaz Fətullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Ayaz Fətullayev əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü paytaxt sakini Rövşən Lətifovu bıçaqlayıb.

Ayaz buna səbəb kimi Rövşənin məhəllədə söyüş söyməsini göstərib.

Ayaz Rövşəni bıçaqladıqdan sonra qaçıb. Binəqədi rayonu 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən axtarışa verilib.

Hadisə 2019-cu ilin sentyabr ayında baş verib. 2020-ci ilin may ayında saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Lakin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmədə məlum olub ki, Ayaz hərbi xidmətdə olan zaman mülki avtomobillərdən oğurluq edib. Buna görə də məhkumluq həyatı yaşayıb.

Məhkəmədə ifadə verən Ayaz istintaqdan qaçaraq gizlənməsinin səbəbini belə izah edib: "Qorxdum ki, ölüb. Öldüyünü düşündüyüm üçün də oradan qaçdım".

Hakim sual verib ki, haqlı olduğunu dediyi, özünü qismən təqsirli bildiyi halda niyə qaçıb?

Ayaz söyləyib ki, bıçaqladığı şəxsin öləcəyi halda həbs ediləcəyini bilib və buna görə də qaçıb.

Qeyd edək ki, zərərçəkmiş Ayazı bağışlayıb.

Məhkəmə araşdırması davam edir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR