İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 8 nəfər dönərdən zəhərləndi,bəzilərinin vəziyyəti ağırdır-YENİLƏNİB

942 13.12.2021 10:28 Son xəbər A A

Bakıda dönərdən zəhərlənən şəxslərin sayı açıqlanıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun APA-ya verdiyi xəbərə görə, zəhərlənənlərin sayı 8 nəfərdir, onlardan 1-i 16 yaşlı yeniyetmədir.

“Onlar müxtəlif saatlarda zəhərləniblər. “28 Mall”ın yaxınlığında yerləşən dönərxanadan dönər alıb yeyiblər. Bir qədər sonra həmin şəxslərin hamısında zəhərlənmə əlamətləri yaranıb”, - o vurğulayıb.

E. Hidayətoğlu qeyd edib ki, zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır, 1 nəfər isə evə buraxılıb.

***

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, zəhərlənənlərin hamısı Mərkəzə gətirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR