İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 74 yaşlı kişini qətlə yetirən şəxsin məhkəməsi başlayır

648 09.04.2022 14:23 Kriminal A A

Bakıda 74 yaşlı kikşini qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Rizayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Trend-in məlumatına görə, cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icratına verilib.

Xatırladaq ki, ötən il dekabrın 19-u saat 22 radələrində paytaxtın Xətai rayon sakini 1947-ci il təvəllüdlü Vaqif Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 1970-ci il təvəllüdlü Ceyhun Rizayevin yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarına yaranan mübahisə zamanı kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlaıb.

Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR