İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 3 nəfəri aldadaraq pul alan şəxs saxlanılıb

445 16.09.2019 16:37 Kriminal A A

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldadaraq onlardan ümumilikdə 230 manat pul aldıqlarını bildiriblər.

Bu barədə musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.


Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, qısa müddətdə həmin şəxs müəyyən edilib. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvələr də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR