İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 2 avtomobil toqquşub, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb

357 15.06.2019 03:01 Kriminal A A

Nizami rayonu ərazisində metronun Qara Qarayev stansiyasının yaxınlığında "BMW" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

APA xəbər verir ki, zərbənin təsirindən avtomobillər arakəsməyə çırpılıb.

Qəza zamanı yaralananlardan 1979-cu il təvəllüdlü Rəhmanov Rasim Muxtar oğlu və 23 yaşlı Bilalov Azər Aydın oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

R.Rəhmanova sağ ayağın sınığı, sağ baldırın əziyi, A.Bilalova isə göz qapağının əzilmiş-cızılmış yarası diaqnozu qoyulub.

Bundan başqa “Mercedes”də olan 7 yaşlı İsmayılova Xədicə Ramil qızı və onun qardaşı 3 yaşlı İsmayılov Turqay Ramil oğlu və 1985-ci il təvəllüdlü Qurbanova Sitarə Novruz qızı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR