İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 12 yaşlı qızı zorlamağa cəhd edən şəxsə 10 illik həbs cəzası verildi

1486 13.06.2017 15:30 Kriminal A A

12 yaşlı qıza qarşı seksual hərəkətlər törətməkdə təqsirli bilinən 30 yaşlı şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1987-ci il təvəllüdlü Seyran Şahgəldiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilən S.Şahgəldiyev əməlindən peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə bu il fevralın 9-da Abaşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış kompleksində baş verib. İttihama görə, Seyran Şahgəldiyev sərxoş vəziyyətdə cinsi ehtirasını pozğun formada təmin etmək üçün məhəllədə olan 12 yaşlı qızın arxasına düşüb. O, qızın bloka qalxdığını görüb. Seyran Şahgəldiyev arxasınca düşdüyü qızı blokda tutaraq ona qarşı seksual xarakterli hərəkətlər edib. 12 yaşlı qız ona müqavimət göstərib və təpiklə vuraraq və əlindən qaçaraq evə gedib. Məsələni valideynlərinə deyib və bu barədə polisə məlumat verilib. Polis Seyran Şahgəldiyevi saxlayıb.

Bu gün baş tutan məhkəmədə dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək məhkəmədən S.Şahgəldiyev barəsində 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzasınıın təyin edilməsini istəyib. Hakimlər kollegiyasının hökmünə əsasən S.Şahgəldiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR