İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Vyana aviareysləri ləğv edilir

1415 05.12.2015 11:44 Son xəbər A A
"Austrian Airlines" şirkəti dekabr ayından Vyana-Bakı-Vyana marşrutu ilə yerinə yetirdiyi aviareysləri dayandırır.
 
"Austrian Airlines" şirkətinin Bakı ofisindən Report-a bildirilib ki, reyslərinin ləğv edilməsinə səbəb bu istiqamətdə uçuşlara tələbatın az olması ilə bağlıdır: "Həftədə üç dəfə - I, IV və V günlər yerinə yetirilən reyslərə tələbat aşağıdır. Bu səbəbdən dekabrın 3-də Bakı-Vyana reysi təxirə salınıb. Bakıdan Avstriya paytaxtına son uçuş isə dekabrın 11-də yerinə yetiriləcək və bununla da reys tamamilə ləğv olunacaq. Şirkətin Bakı ofisinin sonrakı taleyi isə hələ dəqiq məlum deyil".
 
Qeyd edək ki, aviaşirkət bu reysləri "Airbus A319" tipli təyyarə ilə həyata keçirir. Vyanadan Bakıya yerli vaxtla saat 09:55-də yola çıxan təyyarə 16:55-də Bakıya çatır, əks istiqamətdə isə 17:55-də havaya qalxan təyyarə 19:20-də Avstriya paytaxtına çatır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR