İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan sülh sazişi imzalayacaq? - Zaxarova imtina etdi – Kamran Həsənli gündəmi təhlil edir

1430 23.03.2023 16:08 Gündəm A A

Rusiya XİN rəsmisi Mariya Zaxarova ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda sülh sazişinin imzalana biləcəyi barədə fikirlərinə şərh verməkdən imtina edib.

M.Zaxarova bugünkü mətbuat konfransında bu barədə sualı cavablandırmayıb.

“Gəlin, bütün hallarda baş verən hadisələri şərh edək, perspektivlə bağlı şərhlər isə həddən artıq çoxdur. Biz ondan çıxış edirik ki, əvvəlcə bu baş verməlidir, daha sonra onu şərh etmək olar və vacibdir. Biz həmişə şərh etməyə açığıq, ancaq hazırda şərh ediləsi heç nə yoxdur”, - Zaxarova deyib.

Rusiya nə istəyir? Mümkün sülh sazişi ilə bağlı niyə Rusiya konkret fikir bildirməkdən çəkinir? İranın Azərbaycana hansısa formada müdaxiləsi mümkündürmü? Bu zaman Rusiya hansı mövqeyi göstərəcək?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da tanınmış aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR