Bakı və İrəvan arasında 3-cü sənəd imzalanacaq? Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla yeni üçtərəfli anlaşma imzalamağa hazırlaşdığını deyib. Lakin məzmunu açıqlamayıb, onun hələlik “işçi sənəd” formasında olduğunu bildirib. Qeyd edib ki, hazırda Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır. Təklif edilən həll variantı Ermənistanın maraqlarına yüz faiz cavab verir. “Azərbaycan razılığını versə, mən bu sənədi imzalayacam”, - deyə, o bildirib.
Paşinyan bunun 100 faiz Ermənistanın maraqlarına uyğun olacağını iddia edirsə, bəs Azərbaycanın maraqları? Ümumiyyətlə, yeni üçtərəfli sənədin imzalanması hansı zərurətdən doğub?
"Azərbaycan ABŞ silahlarına çıxış əldə etməyə ümidlidir. Əvvəllər Ermənistanla konflikt ucbatından bizim belə imkanımız yox idi. Ancaq indi, münaqişə bitəndən sonra ümid edirik ki, bu, mümkün olacaq”.
Bunu Azərbaycan Prezidneti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib. Onun sözlərinə görə, Azərbaycan həm Rusiya, həm də ABŞ ilə fəal ikitərəfli əməkdaşlığa yönəlib.
“İnanıram ki, Qarabağ münaqişəsinin bitməsi bu prosesi asanlaşdıracaq, çünki münaqişə bəzi əməkdaşlıq sahələrini bloklamışdı” - dövlət başçısı bildirib.
Bəs Azərbaycan ABŞ-dan hansı silahları ala bilər? Vaşinqton necə, buna hazırdırmı? Erməni lobbisi Baydeni terror eləməz ki? İkinci yandan, Rusiya buna necə baxar?
İran TIR-ları hələ də Ermənistana və oradan da Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinə müəmmalı yüklər daşıyır. Yeni faktlar var. Bu yüklər nədən ibarətdir? İran tərəfi indiyədək bu suala cavab vermək istəmir. Azərbaycanın isə gerçəyi bilməyə tam haqqı çatır. Çünki bura bizim ərazidir. İran səfirliyi vəd vermişdi ki, məsələyə aydınlıq gətirəcək. Amma indiyədək gətirməyib. Üstəlik, son vaxtlar bəzi İran rəsmilərinin anti-Azərbaycan bəyanatlarının şahidi olmaqdayıq. Belə fikirlər var ki, Tehran Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir və Ermənistanı Azərbaycana qarşı təzədən ayaqda tutmağa çalışır. Belədimi? Son zamanlar həm də İran tərəfdən İərvana hərbi kömək təklif edilir. Bu məqsədlə iranlı generalların İərvana gəldiyi haqda məlumatlar da yayılıb (Diqqət: xəbəri Ermənistanın rəsmi mənbələri yaymayıb). Nə baş verir?
Burada Rusiya ünvanlı suallar da var. Rəsmi Bakı sülhməramlı kontingentin rəhbərliyindən izahat istəyəcəkmi? Nəhayət, Laçın dəhlizinə nəzarət məsələsi təzədən gündəmə gəlir.
Bu və gündəmdəki digər mövzuları Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müzakirə etdik.
İzləyin:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






