BAKI TƏHSİL İDARƏSİ DİREKTORLARA HAQQ QAZANDIRDI
Çünki qəbul edilmiş qərar, qayda, qanun hamı üçündür. Ona görə də biz məktəbli formasının hamı üçün vacib olmasını bildiririk”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın saytına müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib. O, son günlərdə hicab mövzusunun qabardılması ilə bağlı sualı cavablandırarkən bildirib ki, Azərbaycanın xaricdəki bədxahlarının diqtəsi ilə işləyən bəzi qüvvələr belə məsələlərlə nəyəsə nail olmağa çalışırlar.






