Havaların soyuq keçməsinə baxmayaraq bu qışın Azərbaycan üçün xüsusi bir gözəlliyi var. 30 il işğalda olan torpaqlarımız artıq azad olunub. Hazırda torpaqlarımıza qayıdışla bağlı böyük layihələr hazırlanır.
Artıq Füzuli rayonunun Əhmədbəyli kəndindən Şuşaya avtomobil yolunun çəkilişinə də başlanıb.
Ali Baş komandan, Prezident İlham Əliyev Şuşaya avtomobil yolunun çəkilməsi münasibətilə Azərbaycan xalqını təbrik də edib.
Bəs görəsən, xalq bu xəbəri necə qarşılayıb? “Musavat TV” -nin əməkdaşları olaraq paytaxt sakinlərinin mövqeyini öyrəndik.
Hazırladığımız videosorğunu təqdim edirik:
Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com






