İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Şəhər üzrə Təhsil İdarəsi Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

1200 21.07.2018 14:30 Media A A

22 iyul Milli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.

Musavat.com-um məlumatına görə, görüşdə çıxış edən təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva jurnalistləri peşə bayramı münasibətilə təbrik edib: "Sizə paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdiyiniz dəstəyə və əməkdaşlığa görə təşəkkür edirəm. Azərbaycan mediasının zəngin ənənələri var. Bütün ciddi media qurumları təhsilə, məktəbə, müəllimə daim dəyər verir və bu sahənin fəaliyyətinin obyekti işıqlandırılmasına həssaslıq göstərir. Demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı örnək kimi qəbul edilir".

Görüşün sonunda media nümayəndələrinə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Ləman Mustafaqızı,
Musavat.com.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR