Bakı şəhər İcra Hakimiyyəti jurnalistlərin piketinə icazə vermədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) jurnalistlərin və qəzet yayımçılarının sabaha təyin elədikləri etiraz aksiyasına icazə verməyib. Son vaxtlar qəzetlərin satışına yaradılan əngəllərə qarşı etiraz aksiyasının yanvarın 31-də, Bakıdakı Sabir bağında keçirilməsi nəzərdə tutulmuşdu.
Etiraz tədbiri ilə bağlı BŞİH-dən göndərilən cavab məktubunda aksiyanın sadəcə, “məqsədəuyğun olmadığı” bildirilib.
Buna baxmayaraq, qəzet rəhbərləri və yayımçılar BŞİH-in cavabını müzakirə edərək, atılacaq növbəti addımlar, eləcə də jurnalistlərin piket keçirib-keçirtməyəcəkləri ilə bağlı qərar qəbul edəcəklər.
Musavat.com






