İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Şamaxı yolunda dəhşətli qəza: bir ailənin 3 üzvü ölüb, 5 nəfər ağır xəsarət alıb

4096 19.03.2014 20:07 Hadisə A A

APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.
 
Məlumata görə, 99 GH 309 və 99 FH 377 dövlət nömrə nişanlı iki “Mersedes” markalı minik maşını və 90 RT 309 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı maşınlar toqquşub. Hadisə nəticəsində Ağsu rayon sakinləri - 1958-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu, onun iki oğlu - 1987-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu, 1984-cü il təvəllüdlü Orucəliyev Rasim Cümşüd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Cümşüd Orucəliyevin həyat yoldaşı 1955-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü nəvəsi Aytac Orucəliyev, eləcə də Qəbələ rayon sakinləri - 1952-ci il təvəllüdlü Əliyev Qurban Cəfər oğlu, 1941-ci il təvəllüdlü Əhmədov Əziz Hacıməmməd oğlu, 1985-ci il təvəllüdlü İmanova Leyla Qurban qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Hadisə yerinə cəlb olunan FHN-in Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlərdən istifadə edərək maşınların içində sıxılıb qalmış ölü və yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR