Bakı sakinlərindən Türkiyəyə və Ərdoğana böyük dəstək - VİDEOSORĞU
Türkiyədə baş verən 15 iyul qiyamı yatırılsa da, baş verən hadisə yenə də bu ölkədə olan xarici turistlərin yaddaşında neqativ bir amil kimi qaldı.
Belə ki daha öncə də ard-arda baş verən terror hadisələri turistlərin təhlükəsizlik məsələsində tərəddüd yaşamasına səbəb olmuşdu. Buna baxmyaraq, dincəlmək üçün Türkiyəyə gedənlərin sayı az deyildi. Son hadisə, ölkədə çevriliş cəhdinin baş verməsi isə qardaş ölkədə dincəlməyin bəzi məqamlarda təhlükəli olduğunu ortaya çıxartdı.
Musavat.com olaraq, Bakı sakinləri arasında sorğu keçirib, potensial turistlərin qardaş ölkəyə marağının qalıb-qalmadığını öyrənməyə çalışdıq.
“Türkiyədə baş verən hadisələrdən sonra o ölkəyə istirahətə gedərsinizmi” - sualı ətrafında keçirdiyimiz sorğudan məlum oldu ki, insanlar bu hadisələrin ötəri olduğunu nəzərə alır və ciddi təhlükə hesab etmirlər.
Respondentlərin sözlərinə görə, bu cür hadisələr hər bir ölkədə ola bilər. Bu baxımdan, həmin ölkənin təhlükəli olduğunu iddia edib, turistlər üçün “qara siyahı”ya salmaq doğru deyil.
Sorğu iştirakçıları arasında Ərdoğanın siyasətini dəstəkləyənlər də az olmadı.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
Məğrur Mərd,
Musavat.com






