BAKI SAKİNLƏRİ SAYĞACQURAŞDIRANIN “ZİBİLİ”nə DÜŞDÜ
Naməlum şəxs Türkan qəsəbəsində sakinlər Namiq Səmədov, Bağdad Quliyev, Loğman Mahmudov, Davud Əhmədov, Elyar Əliyev, İlham İsmayılov və Rahib Quliyevdən evlərinə qaz sayğacı quraşdıracağı adı ilə hərəsindən 145 manat pul alıb. Lakin xeyli vaxt keçsə də, nə sayğac quraşdırılıb, nə də pul qaytarılıb.
Sakinlər dərdlərini söyləmək üçün polisə üz tutublar. Polis sakinlərin şikayətini qəbul etdikdən sonra araşdırmalara başlayıb. Qısa zamanda sakinləri aldadan şəxs müəyyən olunub. Rayon polis şöbəsindən verilən məlumata görə, həmin şəxs Bakı şəhər sakini Ramin İsmayılovdur.
Hazırda araşdırmalar aparılır.