İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinindən hədə-qorxu ilə 120 min manat alan şəxslər tutulub

1532 12.08.2013 15:25 Kriminal A A
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ)əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Məmmədova hədə-qorxu gəlib 300.000 manat pul verməsini tələb edərək əvvəlcə ondan 120.000 manat pul alanların Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif İbadov olduqları müəyyən edilib.
 
BMCMİ və Cəlilabad Rayon  Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Ə. Məmmədovdan əlavə 150.000 manat pul tələb edən S. İsmayılov, V. İbadov və onlarla birgə olan Bakı şəhər sakiniləri Atəş Osmanov və Anar Məmmədov tutulublar .V. İbadovun üzərindən 34,6 qram tiryək, S. İsmayılovdan isə 15.000 manat pul aşkar edilərək götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR