İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda 6 maşın toqquşub

2233 23.03.2015 13:07 Hadisə A A
Martın 23-ü saat 11:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 19-cu km-də yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA-ya verilən məlumata görə, meteoroloji şərait düzgün seçilmədiyi üçün 6 avtomobilin iştirakı ilə baş verən qəzada yol təsərrüfatına ziyan dəyib.
 
“Azəryolservis” ASC və Baş Dövlət Yol Polisinin əməkdaşları ilə birgə baş vermiş hadisə barədə akt tərtib olunub.
 
Qəza nəticəsində 77,4pm əyrixətli tir sıradan çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR