İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub

1194 27.08.2017 16:50 Son xəbər A A

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti tam məhdudlaşdırılmış Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub.

APA-nın Şimal borusunun məlumatına görə, saat 15:50 radələrindən başlayaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Qeyd edək ki, bu gün Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR