İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Qazax yolunda qəza nəticəsində bir ailənin 3 üzvü ağır xəsarət alıb - FOTO

342 21.10.2019 03:06 Kriminal A A

Bakı-Qazax avtomagistralında müxtəlif dərəcəli yüngül və ağır xəsarət alan hadisə iştirakçılarının adları məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Mercedes” markalı minik və qoşqulu “KamAz” markalı yük maşınının toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ”Mercedes” markalı minik maşınında Goranboy rayonundan olan bir ailənin üzvləri - Nəbiyeva Ülkər Şahməddin qızı, Nəbiyev Rauf Qadir oğlu, onların övladı Nəbiyeva Təhminə Rauf qızı və “KamAz” markalı avtomobilin sürücüsü Nəcəf Bayramov Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

****

Bakı-Qazax avtomagistralının Yevlaxla Ağdaş rayonlarının inizibati kəsişmə nöqtəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Mercesdes” markalı minik avtomobili “KamAz” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində minik maşınında olan 4 nəfər ağır xəsarət alıb. Onlardan biri təcili tibbi yardım, digər 3 yaralı isə yaxınlıqdakı insanlar tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların Goranboy rayonundan bir ailənin üzvləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR