Bakı-Qazax yolunda ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var
Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.
APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı minik maşını ilə “VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildiilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.
Qəza nəticəsində ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.






