Bakı növbəti faciənin astanasında: kimi və nəyi gözləyirik? (FOTO)
Bakı şəhərində səhlənkarlıq faciəyə səbəb ola bilər. Problem aradan qaldırılmasa, bir neçə ay əvvəl Lermontov küçəsində gənc oğlanın faciəvi ölümü kimi bir hadisə indi də Nizami rayonunda təkrarlana bilər.
Sakinlər Milli.Az-a yazırlar ki, Rüstəm Rüstəmov küçəsi, 50 saylı binanın üzərindəki suvaqlar qoparaq tökülür. Qopan hissəciklər binanın yaxınlğından keçən insanların başına və orada dayanmış avtomobillərin üzərinə tökülür.
Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev bildirib iki, binanın belə bir vəziyyətdə olması barədə məlumatsızdır. Həmin binaya İcra Hakimiyyətinin əməkdaşları baxış keçirəndən sonra hər hansı fikir söyləmək mümkündür.






