Bu gün Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibəti ilə Bakı musiqi Akademiyasının qarşısında tədbir keçirilib.
Musavat.com bildirir ki, tədbirdə mədəniyyət naziri Əbülfəz Qarayev, Bəstəkar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi çıxış edib.
Çıxışlardan sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.
Musavat.com tədbirdən olan videoreportajı və fotoları təqdim edir.
Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com






