İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosundakı Cümhuriyyətə həsr olunan fləşmob müzakirələrə səbəb oldu

1196 18.04.2018 23:00 Ölkə A A

Dilavər Əzimli: “Səməd Vurğunu Cümhuriyyətə görə tənqid edənlər onun şeirinin əsli ilə tanış deyillər”

Bu günlərdə Bakı metropolitenində  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı fləşmob keçirildi. Fləşmobda iştirakçılar Səməd Vurğunun məşhur "Azərbaycan" şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob sosial şəbəkələrdə heç də birmənalı qarşılanmayıb. Bir çoxları zamanında Cümhuriyyətə, Müsavata, onun qurucularına qarşı şeirlər yazan, M.Ə.Rəsulzadəni “şarlatan” adlandıran Səməd Vurğunun şeirinin məhz Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı fləşmoba salınmasını tənqid edib. Fikirlər səslənib ki, “niyə Əhməd Cavad, Almas İldırım, Əmin Abid Gültəkin kimi istiqlal şairləri dura-dura cümhuriyyəti Kommunist Partiyasının ən məşhur mədhiyyəçisi ilə yad edilib, ümumiyyətlə bu ideya kimə məxsusdur?”

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev tənqidlərə bu cür cavab verib:

Nəsimi Paşayev ile ilgili görsel sonucu

“Bu barədə heç bir şey danışmaq istəmirəm. Hər kəs öz fikrini bildirməkdə sərbəstdir”.

Nəsimi Paşayev fləşmobda Səməd Vurğunun şeirinin səslənməsi ideyasının şəxsən ona aid olduğunu da qeyd edib.

Dilavər Əzimli ile ilgili görsel sonucu

Tarixçi alim Dilavər Əzimli də məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Çox təəssüf ki, insanlarda hələ də səhv fikirlər mövcuddur. Bu  cür fikirlər zamanında sovet dövründə yaradılmışdı. Mən insanlara M.Ə.Rəsulzadənin sözləri ilə cavab vermək istərdim. O qeyd etmişdi ki, “Ağır günlərdə Səməd Vurğun öz dahiliyini göstərək mənim, Müsavat Partiyasının adını gündəmə gətirir”. Qeyd edim ki, S.Vurğunu Cümhuriyyətə görə tənqid edənlər onun şeirinin əsli ilə tanış deyillər. Onun şeirlərində, sözlərində təhriflər olunub. Bu təhriflər 1936-37-ci illərdə deyildiyi kimi 1970-ci ildə deyilmir. Məsələn, onun “Sizə salam gətirmişik türk qızlarından” misrasını sonradan “Sizə salam gətirmişik kənd qızlarından” sözü ilə dəyişiblər. Bu cür hallar onun digər şeirlərində də özünü göstərir. O, heç zaman M.Ə.Rəsulzadəyə “şarlatan” sözü deməyib. “Ey şarlatan rəhbərə bir bax”, bu sözləri burjuazın dili ilə deyir. Digər tərəfdən Rəsulzadənin adının Sovet dönəmində çəkilməsi bir qəhrəmanlıq tələb edir”.

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR