İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda xoşagəlməz olay: Gənc xanımı xəstəxanaya apardılar - FOTOLAR

5059 18.01.2015 14:18 Hadisə A A
Bu gün Bakı metrosunun "28 May" stansiyasında xoşagəlməz hadisə baş verib. Belə ki, təxminən 20-25 yaşlarında olan bir xanım sərnişin huşunu itirərək, yerə yıxılıb. 

Hadisənin şahidlərinin Musavat.com-a verdikləri məlumata görə, huşunu itirərək yıxılan qızın vəziyyətinin pisləşməsi metrodakı havasızlıq şəraiti ucbatından baş verib. 

Belə ki, Bakı metrosunun "28 May" stansiyasında basabas olduğundan qızın halı pisləşib və o, huşunu itirib. Sərnişinlərin köməkliyi ilə halı pisləşən xanım metro stansiyasından bayira çıxarılıb. 

Hadisə yerinə Bakı Metropoliteninin işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb. Həkimlər tərəfindən gənc xanıma ilkin yardım göstərilib və o, xəstəxanaya aparılıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR