İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda intihara cəhd: yaşlı kişi özünü qatarın altına atmaq istədi

1056 12.01.2018 11:02 Son xəbər A A

Bakı Metropolitenində intihara cəhd qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə metronun "Qara Qarayev" stansiyasında baş verib. Saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.

İntihara cəhd edən şəxsin kimliyi məlum deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR