İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-İstanbul reysi gecikir, sərnişinlər hava limanında qalıblar (Yenilənib, FOTOLAR)

3259 17.03.2013 12:15 Son xəbər A A

Saat 12.15 radələrində sərnişinlər təyyarəyə miniblər. 15 dəqiqəyə təyyarənin havaya qalxacağı gözlənilir.

11.20

Bakıdan İstanbula uçmalı olan təyyarə gecikir. Bu barədə məlumatı Musavat.com-a "Yeni Müsavat"ın təyyarənin sərnişinləri arasında olan baş redaktoru Rauf Arifoğlu verib. Məlumata görə, təyyarə saat 10.00-da yola düşməli olsa da, 1,5 saatdır ləngiyir. Aralarında yaşlılar və körpə uşaqların da olduğu sərnişinlər hava limanında qalıblar. Onlara heç bir izahat verilməyib. Sərnişinlərdən bəziləri Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanının məlumat xidməti ilə əlaqə saxlayıblar. Operatorlar isə təfərrüata varmadan təyyarənin dəyişdirildiyini bildiriblər. Amma bunun səbəbi açıqlanmayıb.

Rauf Arifoğlu təyyarənin dəyişdirilməsinin səbəbi ilə maraqlanıb. Məlumat mərkəzindən bildirilib ki, Moskvadan gələn təyyarə gecikir. Həmin təyyarənin Bakıya çatan kimi İstanbula uçması nəzərdə tutulur. Rauf Arifoğlu niyə bu məlumatların sərnişinlərə çatdırılmadığını soruşduqda isə "Bizlik deyil" cavabı verilib.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, Moskvadan gələn və saat 02.05-də Bakıya çatmalı olan təyyarə hava şəraiti ilə əlaqədar gecikib. Eyni təyyarə sonradan İstanbula yola düşməli olduğundan, İstanbul reysi də ləngiyib. Məhərrəm Səfərli bildirib ki, heç bir təyyarə dəyişikliyindən söhbət getmir.Xidmət rəisinin sözlərinə görə, İstanbul reysi saat 12.00-da həyata keçiriləcək.



 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR