İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bakı fantastik şəhərdir" - Toldo

1327 25.05.2019 22:41 İdman A A

Bakı fantastik və müasir şəhərdir. Azərbaycan bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir. Bu, möhtəşəm hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunan azarkeş festivalında iştirak edən İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo jurnalistlərə müsahibəsində deyib.

UEFA Avropa Liqasının final görüşü ilə bağlı fikirlərini bölüşən F.Toldo qeyd edib: “Mayın 29-da həlledici görüşdə iki ingilis komandası üz-üzə gələcək. Final görüşündə “Çelsi”nin şanslarını daha yüksək qiymətləndirirəm. Ümidvaram, növbəti mövsümdə İtaliya da finalda təmsil oluna bilər. Hesab edirəm ki, “Çelsi” italiyalı baş məşqçinin komandaya gəlişindən sonra daha da güclənib. Kimin qalib gələcəyini demək çətindir. Ümidvaram, “Çelsi” qələbə qazanacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR