BAKI ERMƏNİ KÖÇÜ İLƏ BAĞLI RƏSMİ MÖVQE GÖZLƏYİR
XIN-in mətbuat katibi Elxan Poluxov bu fikirləri Qarabağdakı qanunsuz məskunlaşma ilə bağlı məlumatlara münasibət zamanı bildirdi.
Xatırladaq ki, işğal edilmiş Azərbaycan ərazilərinə azsaylı erməni etnik qrupu olan amşen ermənilərinin köçürülməsi barədə məlumatlar yayılıb. Məlumata görə, Qırğızıstanın Oş vilayətində yaşayan, əsasən islam dininə sitayiş edən amşen ermənilərinin işğal altındakı Ağdərə rayonu ərazisinə köçürülməsi planlaşdırılır. Ermənistan daşnaklarının liderlərindən Kiro Manoyan isə deyib ki, Yaxın Şərqi bürümüş iğtişaşların təsiri ilə bu regiondan xeyli sayda erməni ailəsinin Ermənistana və Qarabağa köçəcəyi gözlənilir.
Rəsmi Bakının bu məsələyə hələlik rəsmi münasibət bildirməməsi sual doğurur. Məsələ ilə bağlı XİN-in beynəlxalq təşkilatlara müraciət edib-etməyəcəyinə gəldikdə, E.Poluxov dedi ki, yayılan məlumatlar rəsmi xarakter daşımır: “Bu, Qırğızıstan dövləti tərəfindən təsdiq olunmayan məsələdir və sadəcə olaraq erməni mətbuatı tərəfindən yayılan bir məlumatdır. Ona görə də ilk növbədə məsələ araşdırılacaq”.