Pakistan və Tacikistandakı diplomatları əvəzlənməsi Azərbaycanın “Əfqan prosesi”ndə fəal rol alacağı ilə bağlı xəbərlər fonunda diqqət çəkir
Prezident İlham Əliyev iyulun 16-da Azərbaycanın dörd ölkədəki (Pakistan, Tacikistan, Belarus və Qazaxıstan) səfirlərinin geri çağırılması barədə sərəncam imzalıayıb. Dövlət başçısı Əli Əlizadəni Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, onun yerinə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi vəzifəsində çalışan Xəzər Fərhadov təyinat alıb.
2017-ci ilin dekabrından Tacikistandakı diplomatik korpusumuza rəhbərlik edən Həsən Məmmədzadə isə Əlimirzamin Əskərovla əvəzlənib. Bu vəzifəyə kimi Ə.Əsgərov da Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi olub. Diplomat həmçinin uzun illər Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin baş konsulu olub.
![]()
Pakistan və Tacikistandakı səfirlərin dəyişdirilməsi Azərbaycanın “Əfqan prosesi”ndə fəal rol alacağı ilə bağlı xəbərlər fonunda diqqət çəkir. Yada salaq ki, iyulun 12-də Tacikistan prezidenti Emoməli Rahmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və rəsmi məlumata görə, ali rəhbərlik Əfqanıstanda artan gərginliyi müzakirə ediblər. Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan gərgin vəziyyət barədə Prezident Əliyevi ətraflı məlumatlandırıb. Tərəflər MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.
Məlumdur ki, ABŞ qoşunlarının Əfqanıstanı tərk etmək qərarından sonra Tacikistanla sərhəddə gərginlik artıb. Son olaraq isə “Taliiban” qüvvələrinin nəzarətində olan bölgələrdən qaçqın düşmüç etnik taciklərin Tacikistana axını güclənib.
Azərbaycanın “Əfqan prosesində” hələ 2001-ci il 11 sentyabr terrorundan sonra fəal rol almağa başlayıb. Bakı antiterror əməliyyatlarında Qərb müttəfiqlərinə dəstək verib, azsaylı olsa da, sülhyaratma missiyası Əfqanıstanda uzun müddətli fəaliyyət göstərib, hava sərhədlərimiz isə bu ölkəyə hərbi və humanitar yüklərin daşınmasında əvəzsiz rol oynayıb. Azırbaycan 2011-ci ildə Əfqanıstan və Türkiyənin təşəbbüsü ilə yaradılıb “Asiyanın Ürəyi - İstanbul Prosesi” adlı regional platformada da təmsil olunur. Qoşulmama Hərəkatına daha bir il də rəhbərlik edəcək Azərbaycanın bu təşkilata üzv olan Əfqanıstanla əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycanın Əfqanıstanın qanuni hakimiyyəti, eləcə də prezident Əşrəf Qəni ilə münasibətləri həmişə yaxşı olub. Əfqanıstan Qarabağda Azərbaycanın haqq işinə siyasi dəstək verib.
![]()
Beləliklə, Azərbaycanın “Əfqan prosesin”ndə rolu obyektiv səbəblərdən artıb və Tacikistan prezidenti də gərginliyin azaldılmasında Bakının verə biləcəyi töhfəyə boşu-boşuna ümid etmir.
Yada salaq ki, Bakının Əfqanıstanın böyük qonşusu Pakistanla da dostluq münasibətləri var və ikinci Qarabağ savaşında bu dostuq, strateji müttəfiqlik səviyyəsinə çatdı. Əfqanıstanın bölüşdürülməsində əsas kilid təşkilat-“Taliban”ın siyasi qanadının Pakistan, eləcə də rəsmi Ankara ilə normal münasibətləri var ki, bu da prosesin uğurlu alına biməsində Azərbaycanın xeyrinə olan amillərdən biridir.
Razılaşaq ki, belə bir həssas dönəmdə Əfqanıstanla sərhəddəki iki mühüm ölkə- Pakistan və Tacikistandakı səfirlərin dəyişdirilməsi diqqət çəkməyə bilməz. Yeri gəlmişkən, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bu ilin yanvar-mart aylarında Pakistan və Tacikistanda səfərdə olub. Yəni hər iki ölkədəki səfirlərin fəaliiyəti ilə yaxından tanış olmaq imkanı da əldə edib.
Səfirlərin geri çağırılmasını onların diplomatik xidmət müddətinin başa çatması ilə də izah etmək olar. Belə ki, Əli Əlizadə 2016-cı ilin mayından Azərbaycanı Pakistanda təmsil edirdi. Həsən Məmmədzadə isə 2017-ci ilin dekabrında Tacikistana səfir təyin edilmişdi.
Belə görünür ki, Azərbaycan hakimiyyəti yaxın aylarda Əfqanıstanla bağlı obrazlı desək, “siyasi sərhədləri” genişləndirmək, sərhəd ölkələrdə isə siyasi-diplomatik fəaliyyəti gücləndirmək niyyətindədir.
Cənubi Qafqazda Ermənistan məsələsində olduğu kimi, bu gün Mərkəzi Asiyanın kilid ölkəsi olan Əfqanıstanda sabitliyin təmin edilməsində Azərbaycan-Türkiyə-Pakistan üçlüsünün (o cümlədən Rusiyanın da iştirakı ilə) görə biləcəyi çox işlər var....
Nazim Sabiroğlu,
Musavat.com






