İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başa çatdı - Yenilənib

7404 13.05.2017 00:36 İslamiada A A

Mərasimdə Azərbaycanın və İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində sülh və ümid haqqında universal hekayət təqdim edilib, İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.

Musavat.com xəbər verir ki, nümayiş etdirilən videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən bəhs edilib.

İlk olaraq IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində komandaların paradı başlayıb. Yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib, Bakı Olimpiya stadionunda atəşfəşanlıq başlayıb.

“Bakı-2017” yazısını formalaşdıraraq gecə səmasına işıq saçıb. Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanım mis su qabını əlində qapıdan səhnəyə daxil olub. 56 digər su daşıyıcısı ona qoşulub. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil ediblər. Qadınlar suyu siniyə töküblər və nəticədə gözəl fəvvarə alınıb İslam aləmi bununla rəmzi olaraq birləşib. 

Hekayət başladığı məkana – sakit Filarmoniya bağına qayıdıb. Mina ürəkdolusu sevinclə babası ilə görüşərək babasına təşəkkür edib, çərpələngini yeni səyahətə yollayıb ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxıb və səmaya uçub. Mərasim stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitib.

İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.

Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli olaraq, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, Bakı-2017-də 3X3 üzrə qaliblər bəlli olacaq. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək.

Təkbətək idman növlərindən isə idmançılar atletika, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, taekvondo, ağır atletika və uşu yarışları keçiriləcək. Əvəzində badminton, atçılıq, qılıncoynatma bu dəfə yarışların siyahısından kənarda qalıb.

Ən çox medal dəsti atletlərin və üzgüçülərin mübarizəsində oynanılacaq. Burada hər 2 növ üzrə 42 çempion müəyyənləşəcək. Güləşçilər 24, atıcılarla uşu ustaları hərəyə 20 dəst medal uğrunda yarışacaqlar.

Komanda idman növlərindən yalnız ikisində - su polosu və futbolda bir medal dəsti nəzərdə tutulub. Bu da onlarda yalnız kişi idmançıların qüvvələrini sınamaları ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR