Bu gün saat 22 radələrində "Bakcell"-in paytaxtın Nərimanov rayonunun Həsən Əliyev küçəsində yerləşən müştəri xidmətlərinin ofisində yanğın baş verib. Ofisin ikinci mərtəbəsində yerləşən texniki şöbə tamamən yanaraq yararsız hala düşüb. Yanğınla əlaqədar olaraq FHN-nin yanğınsöndürənləri əraziyə cəlb edilib. Hal-hazırda yanğının söndürüldüyü bildirilir.
İlkin ehtimallara görə, yanğına səbəb kondisionerdə yaranan qısaqapanma olub.
Musavat.com yanğından fotoları təqdim edir:






