Bu gün Qəbələ şəhərində "Bakcell" şirkətinin yeni Müştəri Xidməti Mərkəzinin açılış mərasimi keçirildi. Musavat.com xəbər verir ki, "Bakcell" şirkətinin təşkilatçılığı ilə açılış mərasimində media nümayəndələri də iştirak edib.
Tədbirdə çıxış edən "Bakcell" in baş icraçı direktoru Nikolay Beckers qeyd edib ki, şirkət öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək üçün Azərbaycanın bütün bölgələrində işlərini davam etdirir: “Bunun üçün xüsusi strategiyamız var. Qəbələ bu strategiyada mühüm yer tutur. Bu gün açdığımız mərkəz bizim bu regiondakı abunəçilərimizin "Bakcell" xidmət və məhsullarından yararlamasına kömək edəcək. "Bakcell" bu yaxınlarda Azərbaycanın ən sürətli mobil internet şəbəkəsi elan olunub və bunun sayəsində bizim abunəçilərimiz ölkənin hər tərəfində ən sürətli mobil internetdən və ən innovativ xidmət və məhsullardan yararlana bilirlər. Bildiyiniz kimi, Qəbələ də daxil olmaqla 30-dan çox bölgənin mərkəzində bizim abunəçilərimiz yüksək sürətli 4 G internetindən istifadə edirlər. Artıq bizim Qəbələdə 6 4G baza stansiyamız var. Bu regionda da 4 G şəbəkəsinin genişləndirilməsi üzərində işləyirik. Bundan başqa, 16 regionda 5 GB internet kompaniyasını həyata keçiririk ki, onlardan biri də Qəbələdir. Bizim burada yaşayan abunəçilərimiz oktyabr ayının sonuna kimi pulsuz 5 GB internet əldə edə bilərlər və onu "Bakcell"in 4 G şəbəkəsində istifadə edə bilərlər”.
N. Bekers vurğulayıb ki, Əgər sizin 4 G-ni dəstəkləyən simkartınız yoxdursa, onu da pulsuz şəkildə bu mərkəzdə dəyişə bilərsiniz: “Bilirsiniz ki, 4G xidmətindən istifadə etmək üçün xüsusi SİM kart tələb olunur. Biz eyni zamanda bu şəbəkənin genişləndirilməsi işinə davam edəcəyik. Regionlarda daha yaxşı xidmət göstərə bilmək üçün həm satış şəbəkəsini , həm də mobil şəbəkəni genişləndiririk”.
Şirkətin baş icraçı direktoru təqdimatı keçirilən yeni məhsul haqqında da məlumat verib: “Bu gün həmçinin "Bakcell"in yeni məhsulu olan "WiFi router" cihazını təqdim etdik. Bu cihaz SIM kartla işləyir, qapalı məkanlarda, evlərdə, ofislərdə çox əlverişlidir. Bu router cihazına eyni zamanda 32 cihaz qoşulub internetdən istifadə edə bilər. Bakıda artıq satışlarına başlanılıb. Bu gün Qəbələdə də biz onu təqdim etdik. Daha sonra tariflər elan olunacaq. Bu məhsulun təqdimatını Bakıda da təşkil edəcəyik”.
Məğrur Mərd
Fotolar müəllifindir






