İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağdadi Suriyada terrorçu qadını dəstə başçısı təyin etdi

1074 01.03.2016 16:48 Dünya A A
İŞİD lideri Əbubəkir Bağdadi terror qruplaşmasının Suriyanın şimal-şərqində qurulan yeni dəstəsinə liderlik etməsi üçün Səudiyyə Ərəbistanında doğulan bir qadın terrorçunu təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Al-Arabiya"da yer alıb.

Məlumata görə, Nada əl-Kahtani adlı qadın İŞİD-ə 2013-cü ildə qoşulmuş və Rəqqada Hansa adlı başqa bir dəstəyə başçılıq edib.

O da bildirilir ki, N.Kahtani yalnız qadınlardan ibarət olan birliyin başına keçəcək.

Ə.Bağdadinin N.Kahtani ilə iki dəfə görüşdüyü də verilən məlumatlar içərisindədir.
 
Aygün SƏFƏRLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR