İnsanlara hürriyət, millətlərə istiqlal!

Bacısını öldürən 23 yaşlı şəxsin cəzası elan edildi- 15 il

895 28.02.2017 16:12 Kriminal A A

22 yaşlı bacısını öldürən şəxsə hökm oxunub. Pərviz Şahbazov 15 il cəza alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə P.Şahbazova hökm oxunub.

P.Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi Sumqayıt şəhərində baş verib.

1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı qısqancllq zəminində bıçaqla qətlə yetirib.

P.Şahbazov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR