səfil həyatı yaşayan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Natiq Abbasovun məhkəməsi başa çatıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlii ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Natiq Abbasov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında N. Abbasovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qətl keçən il noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, səfil həyatı yaşayan Yuri Batanovun meyiti tapılmışdı.
Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.
Təqsirləndirilən şəxsin ilkin ifadəsində səfil həyatı yaşayan şəxsin onun bacısına söz atdığı üçün qətlə yetirdiyi bildirib.
İ.Muradov
Musavat.com






