İnsanlara hürriyət, millətlərə istiqlal!

Bacı və qardaşa qarşı əxlaqsız hərəkətlər edən şəxsə hökm oxundu - 15 il müddətinə həbs

1079 06.02.2019 13:10 Kriminal A A

Bakıda bacı və qardaşa qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərə qarşı seksual xarakterli hərəkət etməkdə ittiham edilən 1975-ci il təvəllüdlü Taleh Ismayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən T.Ismayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Kirayədə qalan 2005-ci il təvəllüdlü Gülnur (ad şərtidir) ilə eyni həyətdə yaşayan İsmayılov Taleh onunla zorla intim əlaqədə olub. İstintaq zamanı T.İsmayılovun Gülnurun qardaşı Maksimə qarşı da eyni hərəkətləri etdiyi məlum olub. Bacı və qardaş bu işdə zərərçəkmiş kimi tanınıblar. Uşaqlar Ağstafa rayon sakinləridir.

İttihama görə, T.İsmayılov uşaqların valideynləri evdə olmayan vaxtlarda onlara qarşı zorla seksual xarakterli hərəkətlər edib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR