İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlı qızlarla əlaqəyə görə həbs olunan amerikalı milyarder müəmmalı şəkildə öldü - Sui-qəsd, yoxsa intihar?

3047 10.08.2019 21:30 Dünya A A

Azyaşlı qızlarla əxlaqsız hərəkətlər etmək və onları pulla başqalarına satmaq ittihamı ilə həbs olunan amerikalı milyarder Ceffri Epşteyn qaldığı təcridxanada ölü olaraq tapılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat yayıb.

Milyarderin həbsxanada iyulun 9-dan bu yana olduğu bilinir. Burada o, seksual istismar və zorakılıq, kölə ticarəti kimi ittihamla məhkəmə hökmünü gözləyirdi.

Mətbuatın verdiyi xəbərə əsasən, həbsxanada C.Epşteynin başına bir iş gəlməməsinə görə xüsusi mühafizə də ayrılıbmış. Onun daha öncələr təcridxanadan çıxmaq üçün özünə xəsarət yetirdiyi də bilinirdi.

Amerikalı maliyyə maqnatının qurbanlarına gəlincə, onların arasında 14 yaşlı qızların olduğu müəyyən edilib. Onun Nyu-Yorkun Manhetten bölgəsindəki Yuxarı İst Sayd rayonundakı, habelə Floridadakı Palm-Biç bölgəsindəki malikanələrində yeniyetmə çağına gəlməmiş qızları seksual istismara məruz qoyduğu deyilir. Milyarderə qarşı hələ 2002-ci ildə bənzər ittiham irəli sürülsə də, həmin vaxt hüquq-mühafizə orqanları ilə hüquqi razılığa gəlməsi nəticəsində ədalətdən qaça bilib. Lakin bu hadisə Donad Tramp administrasiyasında əmək naziri Aleksandr Akostanın istefasına səbəb olub. Çünki milyarderin 2002-ci ildə saziş imzaladığı Florida baş prokuroru elə məhz Aleksandr Akosta olub.

Milyarderin qəfil ölümü əslində hər kəsi şübhəyə salıb. Çünki Ceffri Epşteynin siyasət və iş dünyasının bir çox qüdrətli ismi, o cümlədən Donal Trampla yaxın münasibətləri olub. Bütün bunlar milyarderi “arzuedilməz şahid"ə çevirib.

Bu ilin avqustun 9-da “The New York Times” Ceffri Epşteynin müştəriləri arasında yüksək mənsəbli siyasətçilərin olduğunu sübut edən minlərlə səhifəlik sənədlərin tapıldığını bildirmişdi. Onların içində iki keçmiş iri fiqur, Men ştatının sabiq qubernatoru Corc Mitçell və Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardsonun (hər ikisi Demokrat partiyasındandır) isimləri diqqət cəlb edir. Gələn informasiyalara görə, Ceffri Epşteyn azyaşlı qızları adları çəkilən siyasətçilərə pulla satıb və onları zorla həmin şəxslərlə yatmağa məcbur edib.

Bundan başqa, ABŞ-ın “L. Brands İnc.” riteyl (pərakəndə satış) korporasiyasının baş direktoru Lesli Veksler ismi də gözə çarpır. Lesli Veksler “Victoria's Secret” qadın alt paltarları brendinin də sahibidir. Xəbərlərə əsasən, Ceffri Epşteynin həmin markanın reklamlarında çəkilən qızların seçilməsində də şəxsən iştirak edirmiş. Bu yaxınlarda L.Veksler mediaya verdiyi müsahibədə C.Epşteynin ondan 46 milyon dollar pul oğurladığını bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR