İnsanlara hürriyət, millətlərə istiqlal!

AzTV-nin qəzaya düşüb ölən əməkdaşının görüntüsü FOTO

1137 03.09.2020 12:08 Ölkə A A


AzTV-nin əməkdaşı ötən gün yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Musavat.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Parlament prospektində qeydə alınıb. Belə ki, telekanalın operatoru Məmmədov Sərxan Məhəmməd oğlunu yolu keçərkən avtomobil vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, S.Məmmədov AzTV-nin Qəbələ üzrə operatoru olub. O, treninq keçmək üçün Bakıya çağırılmışdı.

Qeyd edək ki, 34 yaşlı S.Məmmədov evli idi, iki uşağı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR