İnsanlara hürriyət, millətlərə istiqlal!

AzTV-dən qardaş ölkəyə dəstək – Ortaq yayım olacaq, yardım toplanılacaq

946 15.02.2023 13:53 Ölkə A A

Azərbaycan Televiziyası və Azərbaycan Radiosu Türkiyənin və Şimali Kiprin televiziya kanalları və radioları ilə birlikdə ortaq yayım edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, televiziya kanallarının ortaq yayımı “Türkiyə, tək ürək” adlı yardım kanpaniyası çərçivəsində təşkil ediləcək.

Bu yayıma AzTV və Azərbaycan Radiosu da qoşularaq öz dəstəyini verəcək, eyni zamanda Azərbaycan xalqına, dünya azərbaycanlılarına zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət ediləcək.

Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) təşəbbüsü ilə ərsəyə gələcək ortaq yayım bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ortaq yayımın anonsu:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR