“AZƏRSU” KÜR SU KƏMƏRLƏRİ İDARƏSİNDƏ MAAŞ “İRQÇİLİYİ”
İşçilərin redaksiyamıza ünvanladığı məktubda deyilir: “2008-ci il sentyabr ayında minimum əmək haqlarının 75 manat olması haqqında prezident fərmanı verildi. Lakin ”Azərsu" ASC Kür Su Kəmərləri İdarəsində bu fərman icra olunmadı. Bizim idarədə 500 nəfərə yaxın işçi var. Onların təxminən 400 nəfərinin əməkhaqqı 80-100 manatdır. II dərəcəli fəhlə 80 manat alır. 2010-cu il iyul ayının 1-də “Azərsu” ASC-nin prezidenti Nizaməddin Rzayevin bizim idarənin rəisinin, müavinlərinin və baş mühəndisinin əmək haqlarının qalxması haqqındakı sərəncamı gəldi. Bu sərəncamda vahid tarif dərəcəsinə uyğun 1,8 əmsal tətbiq edilməklə yuxarıda adları göstərilən işçilərin əmək haqları qaldırıldı. 300-500 manat alan rəhbərliyin əməkhaqqı 800-1000 manata qaldırıldı. Amma kollektivin əmək haqları qaldırılmadı. Bundan başqa, idarəmizin Həmkarlar İttifaqı Komitəsinə buna kimi üzvlük haqqı 1 faiz tutulurdu. İndi isə kollektivimizin qərarı olmadan yuxarının göstərişi ilə 2 faiz üzvlük haqqı tutulur. Lakin heç bir yardım, paltar, ayaqqabı verilmir".
Şikayətçilər ölkə rəhbərliyinə müraciət edərək xahiş edir ki, “Azərsu” və onun təşkilatlarında əmək haqlarının verilmə qaydası yoxlanılsın, sıravi işçilərin maaşları qaldırılsın, fəhlələri az maaşla sürünməyə məcbur edən günahkarlar cəzalandırılsın.